Serenay Sarıkayadan biznesmenlə sevgili olması iddialarına cavab - FOTO

06:00 13-04-2021

Türkiyəli aktrisa Serenay Sarıkayanın iş adamı Haldun Demirhisarla eşq yaşadığı barədə xəbər şou-biznes aləmində gündəm yaradıb.

Onların Göçekdə birgə dincəldiyi ilə bağlı dedi-qodular səngimək bilmir.

Aktrisa “Instagram” hesabından iddialara cavab verib:

“Bu gün haqqımda çıxan və çox çirkin üsulda yazılan xəbərlər əsassızdır. Haqqında danışılan şəxs dostumdur. Bir qadının yalnız güclü bir kişi ilə sevgili olacağı təqdirdə istədiyi həyatı yaşaya biləcəyinə dair eyhamları və dostuma ünvanlanan çirkin şərhləri qınayıram”.

Xəbər lenti

0.090983867645264