Rektor və əməkdaşlar koronavirusa yoluxdu: Dərslər dayandırıldı

11:20 12-04-2021

Azərbaycan Milli Konservatoriyada dərslərin distant formada keçirilməsi qərara alınıb.

Oxu.Az-ın məlumatına görə, buna səbəb ali məktəbin rektor və əməkdaşları arasında koronavirusun (COVID-19) yayılmasıdır.

Dərslər iki həftə ərzində distant formada davam etdiriləcək.

Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi Oxu.Az-a açıqlamasında bildirib ki, artıq bir həftədir ki, koronavirusa yoluxub:

“Səhhətim yaxşıdır. Yavaş-yavaş düzəlirəm”.

İlhamə Əbülfət

Xəbər lenti

0.11495113372803