Sabirabadda toy məclisi yarıda qaldı

11:00 12-04-2021

Sabirabad rayonunda toy məclisi təşkil edənlər aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş növbəti tədbirlər zamanı Qarağac kənd sakini Etibar Qocayevin yaşadığı evin həyətində qonaqların iştirakı ilə övladına toy məclisi təşkil etdiyi müəyyən edilib. Həmin ünvana baxış keçirilən zaman sanitar-epidemioloji və karantin qaydalarının pozulduğu aşkar edilib.

Polis əməkdaşları tərəfindən qayda pozuntusuna yol vermiş doqquz nəfər barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib.

Xəbər lenti

0.36717295646667