Adnan Oktar yeni imici ilə gündəmə gəldi - FOTO

02:20 12-04-2021

Televiziya kanalında təqdim etdiyi verilişləri və ətrafındakı gözəl xanımları ilə tanınan Adnan Oktar cinsi istismar, şəxsi məlumatların qeyri-qanuni yazılması, fırıldaqçılıq və bir çox digər əməlləri səbəbindən hazırda həbsxanadadır.

Bu yaxınlarda o, yeni imici ilə gündəmə gəlib. Belə ki, sosial şəbəkələrdə Oktarın martın 15-də Ədirnədəki həbsxanada çəkdirdiyi iddia olunan şəkli yayılıb.

Şəkildə “dini təriqət rəhbərinin” saçlarının uzandığı görünür.

Qeyd edək ki, Oktar 1075 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası alıb. 

Xəbər lenti

0.12941789627075