Masallıda oğurluq edən həmkəndlilər saxlanıldı

13:20 07-04-2021

Masallı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaşayış evindən oğurluq edən həmkəndlilər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı rayonunun Qəriblər kəndində yaşayış evindən 2 000 manat dəyərində məişət əşyalarının oğurlanması ilə bağlı polis bölməsinə müraciət daxil olub. Masallı RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onların Masallı rayonunun Qəriblər kənd sakinləri Aqil Məmmədov, Yalçın Talıbov və Aslan Məmmədov olduqları müəyyən edilib. Oğurlanmış əşyalar onlardan aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

0.15530586242676