“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibinin həbsinin təfərrüatı məlum oldu

22:20 06-04-2021

“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun həbsinin detalları məlum olub. 

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib.

İstintaqla İ. İsmayılovun 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Ona Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci  maddələri ilə ittiham elan edilməklə Binəqədi rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Xəbər lenti

0.36146211624146