Ağırlıqqaldıran qadın idmançımız dördüncü dəfə Avropanın ən güclüsü oldu - FOTO

20:40 05-04-2021

Rusiyanın paytaxtı Moskvada keçirilən ağır atletika üzrə kişilər və qadınlar arasında Avropa çempionatında Azərbaycan ilk medalını qazanıb.

Oxu.Az xəbər verir ki, 40 ölkədən 361 idmançının (179 qadın+182 kişi) iştirak etdiyi yarışda millimizdən ilk olaraq Boyanka Kostova körpücük üzərinə çıxıb. 

59 kq çəki dərəcəsində mübarizə aparan Bolqarıstan əsilli atletimiz birdən qaldırma hərəkətində 95 kq nəticə ilə bürünc, təkanla qaldırma hərəkətində isə 116 kq-la qızıl medal qazanıb.

Toplam 211 kq (95 + 116) nəticə göstərən Boyanka Kostova yekun sıralamada Avropa çempionatının qızıl medalına sahib çıxıb.

Qeyd edək ki, bu onun dördüncü Avropa çempionluğudur.

Səbuhi Musayev 

Xəbər lenti

0.8014178276062