ABŞ-da şəhər zəhərli tullantılar səbəbindən təcili olaraq boşaldıldı - FOTO

03:40 04-04-2021

ABŞ-ın Florida ştatının Tampa şəhərində, bioloji və kimyəvi təhlükələrə görə sakinlərin təcili təxliyyəsi həyata keçirilir.

REN TV yerli mətbuata istinadən xəbər verir ki, Payni gölündən zəhərli tullantıların havaya atılması ehtimalı mövcuddur.

Qeyd olunur ki, zəhərli tullantılar bu gölə uzun illər əvvəl atılıb.

Yerli aktivistlər 20 il ərzində zəhərli tullantı problemini həll etməyə çalışdıqlarını, lakin dövlət qurumlarının onların bu işinə laqeyd yanaşdığını qeyd edirlər.

İndi isə şəhər sakinləri ciddi təhlükə ilə üz-üzədir.

Xəbər lenti

0.41939306259155