Nazir kompüterlərin zərərləri ilə bağlı məsələyə münasibət bildirdi

18:00 03-04-2021

Övladlarınızın bundan sonrakı həyatı kompüterlərdən asılı olacaq.   

Oxu.Az-ın məlumatına görə, bu fikri Təhsil naziri Emin Əmrullayev səsləndirib.

Nazir bildirib ki, bəzən cəmiyyətdə distant və ya onlayn təhsilin təşkili ilə bağlı danışılarkən çaşdırıcı fikirlər irəli sürülür:

“Bəzən bildirilir ki, kompüterlər insan sağlamlığına zərərdir. Mən müsahibələrimdə də səsləndirmişəm ki, bəli, bununla bağlı müəyyən tədqiqatlar var. Lakin, indi bizim həyatımız kompüterlərdən asılıdır və nəzərə alın ki, bundan sonra övladlarınızın həyatı da kompüterlərdən asılı olacaq. Bəzən bu formada çaşdırıcı və faydalı olmayan fikirlər də olur”.

Nigar Məmmədova

Xəbər lenti

0.29734396934509