Xəstəxanada yanğına baxmayaraq həkimlər ürək əməliyyatına davam etdilər – FOTO/VİDEO

07:00 03-04-2021

Bu gün Rusiyanın Amur vilayətinin Blaqoveşensk Kardio Mərkəzində yanğın baş verib. Fövqəladə vəziyyətlə əlaqədar xəstələr və tibb işçiləri dərhal təxliyyə edilib.

Binada ancaq əməliyyat həyata keçirən səkkiz həkim və pasiyent qalıb.

Bu barədə “RİA Novosti” xəbər yayıb.

Həmin vaxt tibb müəssisəsinə elektrik verilişi də dayanıb. Əməliyyat otağına isə işıq xüsusi avtomobildən ötürülüb. Bütün çətinliklərə baxmayaraq, əməliyyat uğurla bitib, xəstə bundan sonra başqa xəstəxanaya köçürülüb.

Bölgə valisi Vasily Orlov həmin həkimlərin mükafatlandırılması barədə əmr verib.

Amur bölgəsi prokurorluğundan verilən məlumata görə, yanğının ilkin səbəbi elektrik naqillərindəki nasazlıqdır.

Xəbər lenti

0.28354597091675