Gürcüstanda hakim partiya seçkilərə hazırlaşır

03:00 03-04-2021

Gürcüstanın hakim partiyası yerli özünüidarəetmə orqanlarına keçiriləcək seçkilərə hazırlaşır.

“Sputnik Georgia” xəbər verir ki, növbəti həftədən başlayaraq partiya üzvləri regionlara səfər edəcəklər.

“Növbəti həftədən etibarən hakim komandanın üzvləri regionlara səfər edəcəklər. Bunu yerli özünüidarəetmə orqanlarına seçkilərlə bağlı təbliğat-təşviqat kampaniyasının başlanğıcı kimi də qəbul etmək olar. Lakin regional əhəmiyyətli digər məsələlər də gündəmdə olacaq”, - deyə “Gürcü arzusu”nun fraksiya rəhbəri Mamuka Mdinaradze bəyan edib.  

Onun sözlərinə görə, “Gürcü arzusu”nun liderləri ilə görüşlər iki ay ərzində keçiriləcək və bütün bölgələri əhatə edəcək.

Hazırda hakim partiya daxilində namizədlərlə bağlı müzakirələr aparılır.

Partiyanın aparıcı simalarından olan Arçil Talakvadze müzakirələr zamanı ilk olaraq, Tbilisi meri Kaxa Kaladzenin adının hallandığını bildirib. Onun sözlərinə görə, hələ bu barədə danışmaq tez olsa da, Kaladzenin ikinci müddətə namizədliyinin irəli sürüləcəyi ehtimalı olduqca böyükdür. 

Qeyd edək ki, yerli özünüidarəetmə orqanlarına seçkilər payızda baş tutacaq.

Xəbər lenti

0.92670178413391