ABŞ-da Kapitoli qarşısında atəş səsləri: İki ölü, bir yaralı - FOTO/VİDEO

00:40 03-04-2021

ABŞ parlamentinin yerləşdiyi Kapitoli kompleksi xarici təhlükə səbəbindən bağlanıb. Əraziyə giriş və çıxış məhdudlaşdırılıb.

“RİA Novosti” xəbər verir ki, bu, minik avtomobilinin kompleksin mühasirə çəpərinə çırpılmasından sonra baş verib.

İki polis əməkdaşını yaralayan sürücü əmrə tabe olmayıb və avtomobildən əlibıçaqlı halda çıxdığı zaman yerindəcə güllələnib. Bir qədər sonra isə yaralı polislərdən biri də vafat edib. 

Əməliyyatlara milli qvardiya cəlb olunub. Hazırda Kapitoli və ətraf küçələrdə bütün məhdudiyyətlər aradan qaldırılıb. 

İnsidentin terrorla əlaqəli olmadığı bildirilib.

  

 

Xəbər lenti

0.26609802246094