Baydenin həyat yoldaşı stüardessa oldu

00:00 03-04-2021

ABŞ prezidenti Co Baydenin həyat yoldaşı Cil Bayden jurnalistləri Kaliforniyadan Vaşinqtona daşıyan təyyarənin sərnişinləri ilə bir aprel zarafatı edib.

Bu barədə NBC telekanalı məlumat yayıb.

Belə ki, qara parik taxan və stüardessaların paltarını geyinən ABŞ-ın birinci xanımı sərnişinlərə dondurma təqdim edib.

Jurnalistlər bildirib ki, təyyarədə olanlardan heç kim xanım Baydenin bu zarafatından şübhələnməyib.

Qısa müddət sonra pariksiz təyyarənin salonuna daxil olan Cil Bayden hamının Ümumdünya gülüş günü təbrik edib.

Cil Bayden bu yolla təkcə sərnişinləri deyil, həmçinin öz köməkçilərini də aldada bilib.

Xəbər lenti

0.13609099388123