Əlilliyin ləğv edilmə səbəbi AÇIQLANDI

13:20 02-04-2021

“2021-ci ilin üç ayı ərzində 465 əlillik ləğv edilib”.

Oxu.Az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Cavid Əbdül-Qədirov deyib.

Onun sözlərinə görə, ləğv edilən əlilliklərin çoxu inteqrasiya nəticəsində olub:

“Pandemiya dövründə vətəndaşların çoxunu dəvət edə bilmirik. Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” və digər qurumların reyestri vasitəsilə əlillik ləğv edilib”.

İlhamə Əbülfət

Xəbər lenti

0.32479906082153