Peyvənd orucu pozur?

11:00 02-04-2021

Türkiyədə Dəyanət İşləri İdarəsi peyvəndin oruca təsiri barədə sualı cavablandırıb.

Bu barədə “Hürriyet” məlumat yayır.

“Qida dəyəri olmayan peyvəndlər orucu pozmaz. Müalicəsi davam edən xəstələr sağlamlıqlarını bərpa edib müalicələrini bitirənə qədər oruclarını təxirə sala bilərlər”, - deyə bildirilir.

Eyni zamanda, qeyd edilir ki, oruc tutulmasına başqa maneə yoxdursa, iynələri iftardan sonra vurdurmaq məqbul sayıla bilər.

Türkiyə Ailə Həkimləri Dərnəkləri Federasiyasının (AHEF) sədr müavini Hacı Yusif Eryazğan bildirib ki, epidemiyanın sona çatması üçün gərək peyvəndləmə prosesini ləngitməyək.

Xəbər lenti

0.42367315292358