Baydenin oğlu: “Qazandığım pullar sadəcə alkoqol və narkotik ehtiyacımı ödəyirdi”

15:00 01-04-2021

ABŞ Prezidenti Co Baydenin oğlu Hanter Ukraynanın “Burisma” qaz şirkətinin idarə heyətindəki işindən aldığı pulu alkoqol və narkotikə xərclədiyini etiraf edib.

Bu barədə “Washington Post” nəşri aprelin 6-da işıq üzü görəcək “Beautiful Things” kitabına istinadən məlumat yayıb.

Hanter Bayden öz xatirələrində bildirib ki, “Burisma”dan qazandığı pullar onun sadəcə alkoqol və narkotiklərdən asılılığını aradan qaldırmaq işinə yarayıb.

Baydenin oğlu kitabda 2015-ci ildə qardaşını xərçəng xəstəliyindən itirdikdən sonra narkomaniya ilə necə mübarizə apardığını açıqlayıb.

Kitabda həmçinin onun reabilitasiya mərkəzidə müalicə olunması, ailəsinin onun alkoqol və narkotik asılılığı ilə mübarizəsinə yardımlarından bəhs olunub.

Xəbər lenti

0.27779197692871