İtkin düşən “Emmy” mükafatçısı evindəki zibillikdə ölü tapıldı - FOTO

12:40 01-04-2021

Keçən il itkin düşən amerikalı “Emmy” mükafatlı prodüser Evelin Sakaş Nyu-Yorkdakı evində zibil yığınının altında ölü tapılıb.

Bu barədə “ABC News” hüquq-mühafizə orqanlarına istinadən xəbər yayır.

66 yaşlı qadının mətbəxinin döşəməsində zibil yığını altında uzanmış vəziyyətdə tapıldığı bildirilir. Onu sonuncu dəfə 30 sentyabr 2020-ci ildə görüblər. Cəsədi Sakaşın bacısı evi yığışdırmaq üçün gəldiyi zaman tapıb.

Evelin Sakaş 1990-cı il “The Mermaids” və 2014-cü il “Still Alice” kimi filmlərdə çalışıb. 2003-cü ildə onun “Between the lions” filmi “Emmy” mükafatı qazanıb.

Xəbər lenti

0.38384199142456